KREMLİ BELƏ FƏNDƏ SALAN OLMAMIŞDI – NATİQ CƏFƏRLİ
06-okt-2023Baş verənlərdən, bəyanatlardan, xəbərlərdən belə anlayıram ki, “rusməramlılar”, maksimum, yanvara qədər “qonağımızdır”.
Tribunainfo.az yazır ki, REAL Partiyasının üzvü Natiq Cəfərlinin fikrincə, “Hamısı rusun planıdı” deyənlərin fikirləri fiaskoya uğradı:
“Putinin dünənki çıxışında bizə qarşı nə qədər qəzəbli olduğunu, amma dinə, açıq danışa bilmədiyini görmək ləzzət elədi. Bir daha: Son illər Kremli belə urvatsız edən, peşəkarcasına fəndə salan olmamışdı – müasir tarixdə Cənubi Qafqazdan Rusiya əsgərini də ilk Azərbaycan çıxartdı, indi də tamam getməsinin təməlini yenə Azərbaycan qoyur. Azərbaycan-Türkiyə İttifaqı möcüzələr yaradır!”.