Bu gün:
Xezer.info » Manşet » ƏLİYEV VƏ PAŞİNYAN GÖRÜŞƏ RAZILAŞDI

ƏLİYEV VƏ PAŞİNYAN GÖRÜŞƏ RAZILAŞDI



Azərbaycan və Ermənistan liderləri, İlham Əliyev və Nikol Paşinyan oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəliblər.Xezerinfo.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel məlumat verib.
Avropa Şurasının rəhbəri Paşinyanla Əliyevi Brüssel görüşünə dəvət edib. Bu barədə Qranadada Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində jurnalistlərə diplomatik mənbə məlumat verib.

Xatırladaq ki, Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında əvvəlki görüş iyulun 15-də Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə baş tutub.