Bu gün:
Xezer.info » Qarabağ » “PAŞİNYAN AZƏRBAYCAN VƏ TÜRKİYƏ LİDERLƏRİNİN İSTƏKLƏRİNİ YERİNƏ YETİRƏCƏK” – AKOPYAN

“PAŞİNYAN AZƏRBAYCAN VƏ TÜRKİYƏ LİDERLƏRİNİN İSTƏKLƏRİNİ YERİNƏ YETİRƏCƏK” – AKOPYAN



Ermənistan fraksiyasının keçmiş deputatı Vahe Akopyan Hraparak nəşrinə müsahibə verib.

Xezerinfo.az xəbər verir ki, o, müsahibəsində Qranadada keçirilən sammitlə bağlı bildirib ki, “Nikol Paşinyandan nə gözləmək olar: növbəti güzəşt, növbəti təslim, növbəti xəyanət? Burada üçüncü fikir ola bilməz. O, indi oturacağını saxlamaq üçün istənilən yola əl atacaq”.

Paşinyanın yaxın gələcəkdə hansı addımları atacağı barədə suala isə Akopyan belə cavab verib: “Nikol Paşinyan Azərbaycan və Türkiyə liderlərinin istəklərini yerinə yetirəcək”.

Akopyan əlavə edib ki, Rusiyanın günahının payı, bəli, çox böyükdür. Demək olmaz ki, təkcə ruslar günahkardır, demək olmaz ki, təkcə Nikol günahkardır, hər ikisi günahkardır. Rusiya Nikol Paşinyandan öz regionunda taktiki manevrlər üçün kanal kimi istifadə edib. Başqa sözlə, Rusiya Federasiyası öz nöqteyi-nəzərindən sərfəli addımlar atdığı zəif həlqəni tapdı. Biz o ətçəkən maşının altına düşdük. İki aydın günahkar var: Paşinyan və Rusiya, konkret olaraq Rusiya Xarici İşlər Nazirliyi. Onlar bu xətti inadla məntiqi nəticəyə çatdırdılar.