Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı
03-okt-2023Fizika üzrə 2023-cü il Nobel mükafatı fransız əsilli amerikalı Pyer Agostini, macar-avstriyalı alim Ferents Kraus və fransız Ann Lyulyeyə verilib.
Xezerinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kral Elmlər Akademiyasının Nobel Komitəsi məlumat yayıb.
Nobel Komitəsinin məlumatında bildirilir ki, mükafat “elektronların hərəkətini öyrənmək üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullara” görə verilib.