ERMƏNİLƏR MANATLA ALIŞ-VERİŞƏ BAŞLAYIR – AMMA MAĞAZALAR BAĞLI…
03-okt-2023Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Bölgədə ermənilərə bəzi imkanlar da yaradılacaq.
Xezerinfo.az yazır ki, siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Qarabağda Azərbaycan manatının tam tədavülə keçməsi təmin edilir. Qarabağın erməni sakinləri də ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunacaq:
“Sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalanacaqlar. Qarabağ bölgəsində yaşayan erməni sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər. Qarabağda erməni dilinin istifadəsinə imkan yaradılacaq. Həmçinin Qarabağda ermənilər bələdiyyələrə cəlb oluna bilərlər”.