SON DƏQİQƏ: ƏLİYEVLƏ PAŞİNYAN BİŞKEKDƏ GÖRÜŞƏ BİLƏR
03-okt-2023Oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
Xezerinfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, MDB-nin baş katibi Sergey Lebedev Ukrayna və Moldova istisna olmaqla, assosiasiyanın bütün ölkələrinin liderlərinin Bişkekdə Birlik Dövlət Başçıları Şurasında iştirakını gözləyir. Bu barədə o, Minskdə jurnalistlərə bildirib.
“Əksər ölkələr iştirakını təsdiqləyiblər. Ukrayna və Moldovanın iştirakına gəlincə, onlar Dövlət Başçıları Şurasının iclasında, Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunmayacaqlar”, – Lebedev bildirib.
Qarabağ ətrafında yaranmış vəziyyət fonunda Bişkek sammitində Ermənistan və Azərbaycanın iştirakı planları ilə bağlı sualı cavablandıran Lebedev qeyd edib ki, Birlik İcraiyyə Komitəsinin Ukrayna və Moldovadan başqa heç bir dövlətin bundan imtina etməsi barədə məlumatı yoxdur.
“Qalanlarına gəlincə, heç kimin iştirakdan imtina edəcəyi ilə bağlı heç bir məlumatımız yoxdur. Ən azı, indi əldə etdiyimiz məlumat onu deməyə əsas verir ki, – və ümid edirik ki, Ukrayna və Moldova istisna olmaqla, əksər dövlətlər bu tədbirdə təmsil olunacaqlar”, – deyə MDB baş katibi əlavə edib.