Bu gün:
Xezer.info » Dünya » PAŞİNYAN PUTİNƏ “MEYDAN OXUDU” – KREMLDƏN HƏBS QƏRARINA CAVAB NƏ OLACAQ?

PAŞİNYAN PUTİNƏ “MEYDAN OXUDU” – KREMLDƏN HƏBS QƏRARINA CAVAB NƏ OLACAQ?



Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. Bu da o deməkdir ki, Haaqa məhkəməsinin Rusiya lideri Putin haqda həbs orderinə İrəvan da qoşulur. Xezerinfo.az-ın siyasət şöbəsi yazır ki, nəzəri olaraq, Kreml rəhbəri Ermənistana səfər edərsə, hüquq-mühafizə orqanları onu həbs edib beynəlxalq tribunala təhvil verə bilər. Lakin sənədin ratifikasiya olunmasına qədər Ermənistan hökuməti Rusiyaya təklif etmişdi ki, ayrıca bir saziş imzalayaq və Moskva əmin olsun ki, ona heç bir zərər gəlməyəcək. Yəni Paşinyan iqtidarı bir öhdəlik götürməyə hazır olduğunu bəyan etmişdi. Amma Rusiya buna isti yanaşmadı və indi parlamentin son qərarı Moskva-İrəvan xəttinə artan gərginliyi daha da kritik həddə çatdıracaq.
Ekspertlərin qənaətinə görə, Paşinyan hökumətinin Putinin həbs etmək iradəsi yoxdur. Sadəcə, qərar Kreml rəhbərinə meydan oxumaqdır. Rusiya Ermənistan hakimiyyətini ən ağır ifadələrlə tənqid və təhqir edir. Zaxarova timsalında kəskin leksikon seçilib. Bundan sonra münasibətlər daha da pisləşəcək. Analitiklərin fikrincə, Paşinyanın bu addımı Qərbin xoşuna gələ bilər, amma güclü təzyiqlər qaçılmazdır.