Bu gün:
Xezer.info » Siyasət » Türkiyənin daxili işlər naziri istefa verdi - gözlənilməz gəlişmə

Türkiyənin daxili işlər naziri istefa verdi - gözlənilməz gəlişmə


Türkiyənin daxili işlər naziri istefa verdi - gözlənilməz gəlişmə
Türkiyənin daxili işlər naziri Əfqan Ala tutduğu vəzifəsindən istefa verib. Türkiyə ictimaiyyəti üçün bu addım gözlənilməz olub.

Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə Əfqan Ala baş nazir Binali Yıldırımla birlikdə prezident Rəcəp Tayyip Ərdoğanla prezident sarayında görüşdən sonra istefa qərarını alıb.

Baş nazir Binali Yıldırım görüşdən sonra mətbuata açıqlamasında Əfqan Alanın yerinə Əmək və sosial təminat naziri Süleyman Soylunun təyin edildiyini açıqlayıb. Süleyman Soylu 15 iyul çevriliş cəhdi günü fövqəladə və cəsur addımları ilə yadda qalıb.