“Azərsu” 25 000 manat cərimələnə bilər
22-sen-2023“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ekoloji tələbləri pozmaqda ittiham olunur.
Qaynarinfo xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 237.2-ci (Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsi) maddəsi ilə protokol tərtib olunub.
İş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
237.2-ci maddəyə əsasən, fiziki şəxslər 600 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 3500 manatdan 4500 manatadək məbləğdə, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.