Ermənistanda müxalifət liderlərindən biri həbs edildi
22-sen-2023Ermənistan polisi sentyabrın 22-də səhər saatlarında müxalifət liderlərindən sayılan, “Ana Ermənistan” Partiyasının sədri Andranik Tevanyanı saxlayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.O, 1974-cü ildə İrəvanda anadan olub. 2021-2023-cü illərdə Ermənistan parlamentinin deputatı olub. Bu il İrəvan şəhər bələdiyyəsinə üzv seçilib. 2003-2013-cü illərdə Rusiya-Ermənistan Universitetində müəllim işləyib. A.Tevanyan Rusiyayönlü siyasi təşkilatın başçısıdır.
A.Tevanyan Qarabağın Azərbaycanın ərazisi olaraq tanınmasına qarşı çıxıb. Eyni zamanda son günlər İrəvanda hökumətə qarşı keçirilən etiraz aksiyasının təşkilatçılarından hesab olunur.