Bu gün:
Xezer.info » Bu gün » Gədəbəydəki filiz zavodu ilə bağlı qərar verildi: Qızıldan yaranan qazları havaya buraxıb (FOTO)

Gədəbəydəki filiz zavodu ilə bağlı qərar verildi: Qızıldan yaranan qazları havaya buraxıb (FOTO)



Gədəbəydə filiz çıxaran Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (Azerbaijan International Mining Company Limited) külli miqdarda cərimələnib.
Şirkət barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 237, 239, 243.0.1, 262.1.1, 264.0.7, 266.1, 291 və 541-ci maddələri ilə protokolu tərtib edilib və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
Protokolda qeyd edilib ki, şirkətin Gədəbəy Flotasiya Zavodunun “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” üzrə hesabatının (2016-cı il) 111-ci səhifəsində 5.7.3 (tədqiqat ərazisinin endemik və nadir bitkilər bəndində) tədqiqat ərazisində müşahidə olunan 283 bitki növündən Qafqaza məxsus 25 bitki növünün, Azərbaycana məxsus 3 endemik bitki növünün və 2 nadir bitki növünün düşdüyü qeyd olunub.

Lakin şirkət mədən sahəsində bioloji müxtəlifliyin qorunması məqsədilə biomonitorinqlər aparmayıb, mədən və istehsalat sahələrində adı “Qırmızı kitaba” daxil edilmiş bitki növlərinin arealarının koordinatları müəyyən edilməyib. Bununla da həmin bitkilərin müvafiq ərazilərə köçürülməsi həyata keçirilməyib, eyni zamanda vəhşi heyvanaların həmin ərazilərdən uzaqlaşdırılması məqsədilə müvafiq texniki vasitələr tədbiq edilməyib.
Həmçinin zavodun sahəsindəki laboratoriyada filiz nümunələrinin üyüdülməsi zamanı qeyri-üzvi toz hissəcikləri birbaşa kustar üsulla hazırlanan siklon qurğulrına vurulub ki, bu da toztutucu qurğu ilə təchiz edilməyən həmin siklonlardan tozların bir qisminin qurğunun yuxarı hissəsindən atmosfer havasına yayılması ilə nəticələnib. Bununla yanaşı zavodda qızılın əridilməsi prosesləri zamanı yaranan qazlar da təmizləyici qurğu quraşdırılmadığından birbaşa atmosferə atılıb.
[meMəhkəmənin qərarı ilə şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin İXM-nin 234.0.1, 237, 291 və 541-ci maddələr üzrə icraata xitam verilib. Şirkət yalnız Məcəllənin 239, 243.0.1, 262.1.1, 264.0.7, 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərinin törədilməsində təqsirli bilinib və 15 000 manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilib.dium=left]https://xezerinfo.az/uploads/posts/2023-09/1695373810_c4b3057ebfc15162ff9596b836d539362-jpg.jpg[/medium]