Bu gün:
Xezer.info » Eksklüziv » MƏKTƏB DİREKTORUNDAN ŞİKAYƏT VAR – MÜRACİƏT

MƏKTƏB DİREKTORUNDAN ŞİKAYƏT VAR – MÜRACİƏT



2011-ci ildən daimi yaşadığımız fərdi evin arxasında “gecəqondu” kimi tələm-tələsik, dövlət nəzarətindən kənar, həm də təhlükəli uçurumda tikilən Laçın məcburi köçkünlər məktəbi yerləşir. Bu məktəbin direktoru Xudayarova Piyalə Zülfüqar qızı əvvəl bizdən xahiş etdi ki, məktəbə gediş-gəliş üçün bizim həyətimizdən 1 qapı enində yol verək. Biz ona bu şəraiti yaratdıq. Üstündən xeyli zaman keçib, indi məktəbin direktoru P.Xudayarova özbaşınalıq edir, bizə hədə-qorxu gəlir. Bizə məxsus olan hasarı özbaşına sökdürür.

Bu barədə Tribunainfo.az-a şikayət məktubu ünvanlayan Nadir Zahirov və Zəminə Zahirova məktəb direktorunun özbaşınalığından cana doyublar və onun qanunsuzluqları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova, Prezident köməkçisi Anar Ələkbərova, Baş prokuror Kamran Əliyevə, Elm və təhsil naziri Emin Əmrullayevə, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə və Laçın dairəsi üzrə deputatı cənab Mahir Abbaszadəyə müraciət edə ünvanlayıb:

“Biz Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Topçubaşov küçəsi, 159 saylı fərdi evdə yaşayırıq. Piyalə Xudayarovanın xahişindən sonra həyətimizdən bir qapı enində yol açdıq. Ancaq indi vaxtilə bizdən xahiş edən adam bizə hədə-qorxu gəlir. Biz əvvəl düşünürdük ki, bu hədə-qorxu yəqin adicə sözdür. Amma sonra 14.09.2023-cü il tarixdə bu xanımın bilavasitə iştirakı və nəzarəti ilə məhəlləmizdə bizə məxsus hasar (qonşu Vüqara məxsus divarlar) özbaşına söküldü. Artıq bu hərəkətdən sonra biz hesab edirik ki, Piyalə Xudayarovanın bizə gəldiyi hədə-qorxu realdır. Piyalə Xudayarova bizə hədə-qorxu gəlirdi ki, evlərimizi sökdürəcək. Torpaq sahələrimizi (əmlaklarımızı) əlimizdən alıb öz adına keçirəcək. İndi də biz tam başa düşdük ki, hədə-qorxu realdır. Çünki bu xanım özbaşına, şəxsən nəzarət etməklə (video görüntü var) həyətimizdə bizə və qonşuya məxsus hasarı sökdürüb. Söküntü bu xanımın nəzarəti altında həyata keçirilib.
Əraziyə “10 KV 141” dövlət qeydiyyat nömrə nişanlı maşınla adamlar gələrək, ərazidə bu özbaşınalığı icra ediblər. Deməli, Piyalə Xudayarovanın hədə-qorxusu realdır. Məcburi köçkün məktəbinin direktoru olan bu xanım əmlakımıza ziyan vurmuş və əmlakımızı əlimizdən almaqla bizi hədələyir.

Piyalə Xudayarova bütün hərəkətlərini isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin adı ilə əlaqələndirir.

Nəzərinizə çatdırırıq ki, Laçın məcburi köçkün məktəbinin inşa olunduğu yer təhlükə mənbəyidir. Burada uşaqların həyatı tam təhlükə altındadır. Belə ki, məktəb uçurumun kənarında yerləşir. Məktəbin direktoru kanalzasiya quyusundan çıxan çirkab suları bizim həyətimizə axıdır. Bilərəkdən ekoloji pozuntulara yol verir. Həm məktəbdə təhsil alan şagirdlərin, həm də ərazidə yaşayan sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Bizim həyətin və yolumuzun bərbad vəziyyətə gəlməsinə səbəb olan bu şəxs bizi hədələməkdən çəkinmir. Hətta əmlaklarımızı əlimizdən almaqla bizi təhdid edir.

Odur ki, yuxarıda yazdıqlarımızı nəzərə alaraq məktəb direktoru Piyalə Xudayarovanın qanunsuz əməlləri ilə bağlı tədbir görülməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik”.

Qarşı tərəfində mövqeyini işıqlanbdırmağa hazırıq.