Bu gün:
Xezer.info » Dünya » MAKRON VƏ “BACISI”NIN BMT TŞ-DA ÜÇÜNCÜ DİZ ÇÖKÜŞÜ – ŞƏRH

MAKRON VƏ “BACISI”NIN BMT TŞ-DA ÜÇÜNCÜ DİZ ÇÖKÜŞÜ – ŞƏRH



Gecə saatlarında baş tutan BMT TŞ – nın iclası gözlənildiyi kimi, ortaq bəyanatsız başa çatdı. İclas Türkiyənin birbaşa Azərbaycana dəstəyi, Rusiyanın nümayəndəsinin digərləri ilə müqayisədə hadisələrə düzgün olaraq Ermənistanın atdığı addımlar bucağında baxması fonunda , Almaniya XİN rəhbəri Berbokun Azərbaycana qarşı hamıdan sərt ifadələri ilə yadda qaldı. Xanım Berbokun terrorçular haqqında bir cümlə belə demədi.

Xezerinfo.az xəbər verir ki, BMT TŞ-nın iclasını şərh edən politoloq Zaur Məmmədovun sözlərinə görə, ABŞ nümayəndəsinin çıxışı erməni diasporasında ümidlərin puç olması isə nəticələnəcək:

“Ən maraqlısı isə, bəzi nümayəndələrin Ermənistanda demokratiyanı qorumaq zəruridir tezisi idi. Sual olunur, Azərbaycanın öz ərazisində antiterror addmları ilə Ermənistandakı demokratiya arasında hansı bağlar var? Cavab məlumdur. Borel və Berbok Qafqazda hadisələrə rəqibləri ilə münaqişə prizmasından yanaşırlar.

Əsas odur, dünən toplaşanlar, həmçinin Fransa, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsinsə həll edilməsi ifadəsindən istifadə etdilər. Qarabağa status ifadələri tarixə qovuşdu!!!

Dünənki iclas separatizmə yer olmadığını göstərərək Azərbaycanın lehinə başa çatdı. Çünki iclasa qədər Azərbaycan artıq əsas məsələni həll etmişdi və rəsmi Bakının güclənən mövqeyi fonunda hər kəs reallığı qəbul etməli idi”.