XANKƏNDİDƏKİ BU ABİDƏNİ DƏ GÖTÜRÜN! “BİZ VƏ BİZİM DAĞLAR” KİMİN ƏL İŞİDİR? – FOTO
22-sen-2023Milli Qəhrəman Albert Aqarunovun vurduğu erməni tankını simvollaşdırıb abidəyə çevirən separatçılar bu günü də gördülər – həmin zirehli texnika hərbçilərimiz tərəfindən Şuşa-Xankəndi yolundan götürülərək arxivə göndərilib.
İndisə sosial media istifadəçiləri çağırış edirlər ki, Xankəndidə yerləşən daha bir separatizm simvolu götürülməlidir.
Xezerinfo.az yazır ki, həmin sovet dövründə Azərbaycanın pulu hesabına tikilmiş həmin abidədə ermənilər təsvir olunublar. Vətəndaşlar səslənirlər ki, separatizmin bütün ideoloji əsasları yox edilməlidir.
Xankəndinin girişində qoyulan “Biz və bizim dağlar” abidəsindən başqa erməni xalqına aid demək olar ki, tarixi əhəmiyyətli bir abidə yoxdur. Həmin abidə erməni memar Sərkis Baqdasaryanın əl işidir.
Onu da deyək ki, ermənilərə aid bir daşın, bir divarın olmadığı qədim Azərbaycan torpaqlarında sonralar erməni ustalar guya qədimdən burda mövcud olan işarələr çəkirdilər. Qarabağlılar dəfələrlə öz evlərinin tikintisi zamanı daşlara gizlincə xaç oyan erməni ustaları bu saxtakarlıq üstündə yaxalayıb tikintidən uzaqlaşdırmışdılar. Erməni xaçının həkk olunduğu həmin evlər gələcəkdə həmin ərazilərin erməni xalqına məxsus olması haqqında saxta sənəd idi.