Bu gün:
Xezer.info » Dünya » PUTİN PAŞİNYANDAN İNTİQAMINI BU CÜR ALDI

PUTİN PAŞİNYANDAN İNTİQAMINI BU CÜR ALDI



Qarabağda antiterror əməliyyatından sonra dünya mətbuatı öz səhifələrini Azərbaycanın qələbəsinə həsr edib. Bakı əməliyyatı “ildırım hücumu” kimi şərh edilib. İngilislər “Rusiyanın qisası” yazıblar. Rusiya qəzeti Kremlin “Paşinyan planı”nı öz səhifəsində yerləşdirib.

Xezerinfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Azərbaycanın Qarabağda Ermənistan silahlı qüvvələrinə qarşı başlatdığı antiterror əməliyyatının uğurla başa çatmasının əks-sədası davam edir.

24 saat davam edən əməliyyatdan sonra Azərbaycan istədiyinə nail oldu və əməliyyata son qoydu. Bakının qələbəsi bütün dünyada manşetlərə çevrildi.

“Politico” 24 saat ərzində əldə edilən qələbədən sonra “Azərbaycan Qarabağdakı blits hücumunda qələbəsini elan etdi” başlığını dərc edib.

ABŞ-ın ABC News telekanalı “35 ildir davam edən münaqişə, deyəsən, nəhayət, Azərbaycanın xeyrinə başa çatıb” deyib.

Britaniyanın “Teleqraf” qəzeti “Azərbaycanın qələbəsi Putini tənqid edənləri əsəbləşdirdi, lakin Ermənistanı Qərb müttəfiqlərinə doğru itələdi” başlıqlı məqalə ilə çıxış edib.

“Hərbi əməliyyatda Kremlin rolu ilə bağlı suallar hələ də qalmaqdadır, lakin Rusiya sülhməramlılarının hərəkətsizliyi qisas almaq kimi görünür”, – hesabatda deyilir.

Müxalifət xətti ilə tanınan “Moskva Tayms” Kremlin “Paşinyan planı”ndan yazıb.

“Kreml mediaya və millət vəkillərinə Qarabağ münaqişəsində Ermənistanı günahlandırmaq əmri verdi” başlıqlı xəbərdə aşağıdakı ifadələr yer alıb;

Çərşənbə günü Rusiyanın müstəqil xəbər agentlikləri Meduza və Vyorstka-nın xəbərlərinə görə, Kreml media və deputatlara Azərbaycanın mübahisəli Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatında Ermənistanı günahlandırmağı tapşırıb. Son toqquşmalar başlamazdan əvvəl Moskva İrəvanı ABŞ qoşunları ilə birgə hərbi təlimlər elan edərkən onu qeyri-dost addımlar atmaqda günahlandırıb”.

Qələbədən sonra Azərbaycan prezidenti Əliyevin açıqlamasına diqqət çəkən Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Əl Ərəbiyyə” qəzetinin manşetində “Azərbaycan lideri Qarabağda suverenliyin bərpa olunduğunu söylədi.

“Hindustan Times” qəzeti “Azərbaycan Qarabağ separatçılarının təslim olmasından sonra qələbəsini elan edib” deyib. Xəbərdə xatırladılıb ki, Azərbaycan və Ermənistan Sovetlər dağılandan sonra iki dəfə apardıqları son müharibədə Azərbaycan qalib gəlib.