Bu gün:
Xezer.info » Bu gün » “PUTİN KRIMI TƏRK ETMƏYƏCƏK” – ƏRDOĞAN

“PUTİN KRIMI TƏRK ETMƏYƏCƏK” – ƏRDOĞAN



Rusiya Krımı tərk etməyəcək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində bildirib.

Xezerinfo.az xəbər verir ki, “Hələ 2014-cü ildə prezident Putinlə Krımla bağlı müəyyən müzakirələr və danışıqlar aparmışdım. Lakin bu heç bir nəticə vermədi. Və hesab edirəm ki, hazırda bu da uğur qazanmayacaq”, – deyə Ərdoğan bildirib.

Bundan əvvəl Ərdoğan Ukraynada münaqişənin uzun sürəcəyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin münaqişənin tezliklə dayandırılmasının tərəfdarıdır.