Xankəndidəki separatçılar mülki obyektlərdə gizləniblər
19-sen-2023Qarabağdakı separatçıların başçıları Xankəndidəki xəstəxanalardan birinə sığınıblar.
Bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.
Görünür, Azərbaycan Ordusunun mülki obyektləri hədəf almadığını çox yaxşı bilən Qarabağdakı cinayətkar qruplaşmanın üzvləri bununla öz varlıqlarını qorumağa cəhd edirlər.
Qeyd edək ki, bu gün Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib.
Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyi və Azərbaycan Xarici işlər Nazirliyi Qarabağın erməni sakinlərinə müraciət ediblər. Həmən müraciətdə qeyd olunur ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır.