RUSİYA BRİTANİYANIN GÖNDƏRDİYİ RAKET ANBARINI VURDU
19-sen-2023Rusiya Britaniyanın göndərdiyi “Storm Shadow” raketləri və tükənmiş uran sursatlarının olduğu anbarları vurub.
Xezerinfo.az Haber Global-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada yüksək zərbə vuran raketlərlə bombardmanlarda xüsusilə “Fırtına kölgəsi” raketlərinin saxlandığı ərazilər və tükənmiş uran sursatlarının saxlandığı anbarlar hədəf alınıb.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin diversiya qruplarının elektron kəşfiyyat və təlim mərkəzləri də bombalanıb.
Açıqlamaya görə, Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə hücumlar yüksək dəqiqliyə malik uzaqmənzilli havadan buraxılan raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilib.
Nazirlik hücumun məqsədinə çatdığını və bütün hədəflərin uğurla vurulduğunu açıqlayıb.