“Paşinyan Qərbi Zəngəzuru itirmək istəmirsə, müdaxiləni ağlından keçirməsin” – Elxan Şahinoğlu
19-sen-2023Ermənistanın baş naziri Nikol Paşinyan yenə telefondan asılı qalacaq, “Azərbaycanı dayandırın” tipli yalvarışlar edəcək. Bunun bizə təsiri yoxdur, Qərbin əlində bizi durduracaq aləti yoxdur. Bizim üçün önəmli olan şimal və cənub qonşumuzun anti-Azərbaycan addımlardan çəkinmələridir.
Xezerinfo.az yazır ki, bu barədə politoloq Elxan Şahinoğlu danışıb. O bildirib ki, Rusiya hərbi kontingentinin Xocalıdakı qərargahını tərk etməməsi lazımdır:
“İranın da indiki həssas məqamda ehtiyatlı mövqe sərgiləməsi gərəkir. Azərbaycanın öz ərazisini nəzarətə götürmək və separatçıları tərksilah etmək hüququna heç bir dövlət və beynəlxalq təşkilat qarışa bilməz. Əlbəttə, ermənipərəst mərkəzlər haray-həşir salmağa çalışacaqlar, bu bizi hədəfimizdən yayındırmayacaq. Azərbaycan Qarabağın tamamını nəzarətə götürdükdən sonra təzyiqlər keçmişdə qalacaq. Nikol Paşinyan da Qərbi Zəngəzuru itirmək istəmirsə, Azərbaycana müdaxiləni ağlından keçirməməlidir”.