Bu gün:
Xezer.info » Siyasət » “KARABAKH TELECOM-UN BAZA STANSİYASI DA VURULMALIDIR”

“KARABAKH TELECOM-UN BAZA STANSİYASI DA VURULMALIDIR”


“KARABAKH TELECOM-UN BAZA STANSİYASI DA VURULMALIDIR”
Sual olunur ki, antiterror əməliyyatları çərçivəsində hərbi məqsədlər üçün istifadə olunan Karabakh Telecom-un baza stansiyaları vurula bilərmi?

Tribunainfo.az yazır ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün fikrincə, qeyri-qanuni silahlı qruplaşmalar bu mobil rabitə və internet infrastrukturundan qeyri-mülki məqsədlər üçün, hərbi və diversiya məqsədləri üçün açıq-aşkar istifadə etdiklərinə görə, ümumiyyətlə bu operator beynəlxalq normalara zidd fəaliyyət göstərdiyinə görə onun fəaliyyəti məhdudlaşdırıla bilər və əmliyyatlar çərçivəsində baza stansiyasının vurulması doğru olardı:

“Fikrimcə, bu mobil operatorun həm baza stansiyalarının sıradan çıxarılması, yaxud da radioelektron vasitələrlə bu infrastrukturdan hərbi məqsədlə istifadənin indiki anda qarşısının alınması nəinki məntiqli olardı, hətta bu çox vacib və dərhal icra edilməli bir məsələdir.
Ümid edirəm və inanıram ki, MN, DTX və digər təhlükəsizlik qurumları da bunun fərqindədir”.