“İQTİSADİYYAT VƏ ELM VƏ TƏHSİL NAZİRLİYİ BU SƏVİYYƏYƏ ENMƏMƏLİDİR”
18-sen-2023Bir neçə nəhəng dövlət qurumları İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və “Coursera” qlobal təhsil kursları şirkəti müqavilə bağlayıb. Bu işlər belə nəhəng dövlət qurumlarlıq işlər deyil. Dünyada, elə qonşu ölkələrdə aparıcı xətt süni intellekt və digər müasir texnologiyalar, ekosistemin inkişafı, münbit şəraitin yaradılması prioritetdir. Bizdə isə inkişafa cavabdeh qurumlarımız hansısa kurslar səviyyəsinə enib.
Tribunainfo.az yazır ki, bu barədə danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün fikrincə, bunlar bir şirkətin, hansısa təhsil-repetitor kursun, Universitetlərin və Tech Akademiyaların səviyyəsində görüləcək işlərdi:
“Nəhəng dövlət qurumları və tənzimləyicilər kurslar səviyyəsinə, təhsilin təşkili səviyyəsinə, hansısa müsabiqələrin və ya oyunların, kursların təşkilinə enməməlidir. Bu, doğru bir yanaşma deyil. Elə UNEC, yaxud AzTU, Təhsil Akademiyalarımız və kurslarımız, ya digərləri bunu yenidən edərdi, yaxud bəlkə də edirlər bunu”.