Bu gün:
Xezer.info » Siyasət » İrəvandan Moskva və Bakıya qarşı de-marş – böyük skandal

İrəvandan Moskva və Bakıya qarşı de-marş – böyük skandal


İrəvandan Moskva və Bakıya qarşı de-marş – böyük skandal
Sərkisyanın könlündən yenə arvad xalatı keçir?; Ermənistan hakimiyyəti Rusiya vətəndaşını Moskvadan intiqam almaq üçün həbs edibmiş; Rusiyalı ekspertlər: “Ermənistanın cavabı verilməlidir”; ermənilərin Kremldən narazılığının səbəbi aydındır: aprel döyüşlərində umduğu dəstəyi ala bilmədi, Putinin Bakı səfərində silah alqı-satqısı ilə bağlı ciddi razılaşmalar əldə olundu...
Bir neçə gündür ki, Rusiya telekanalları İrəvan aeroportunda ABŞ-ın sorğusu ilə saxlanılan Sergey Mironovla bağlı xəbərlər yaymaqdadır. Bildirilir ki, Mironov çirkli pulların yuyulmasında və qeyri-qanuni məxfi texnologiyalar ötürməkdə şübhəli bilinir. Avqustun 29-da isə rus telekanalları sevincək xəbər verib ki, İrəvan məhkəməsi S.Mironovun həbsi və ABŞ-a təhvil verilməsi barədə iddianı rədd edib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, iclasa sədrlik edən hakim Mnaçakan Martirosyan bildirib ki, S. Mironov azad olunacaq. ABŞ tərəfindən beynəlxalq axtarışda olan S. Mironov hazırda da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.

Amma daha maraqlısı bundan sonra baş verib. Ruslar bu dəfə Mironovu Ermənistandan almaqla bağlı problemlə üzləşiblər. Bu, rəsmi şəkildə etiraf edilməsə də, xəbərlərdən məlum olub ki, “Rusiya XİN Mironovun qaytarılması üçün əlindən gələni edir”. Rusiyanın ən sadiq müttəfiqinin ABŞ-a təhvil vermədiyi rusun Ermənistandan niyə geri almaqda problemlə üzləşdiyinin, ümumiyyətlə, bu “əməliyyatın” şok təfərrüatları üzə çıxmaqdadır.

***
“Rusiya öz vətəndaşı Sergey Mironovun İrəvan hava limanında guya İnterpolun sifarişi və ABŞ-ın xahişi ilə saxlanması insidentini cavabsız qoymamalıdır”. Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı tanınmış politoloqlar - Andrey Yepifantsev və Oleq Kuznetsov “Vestnik Kavkaza” nəşrinə olayı şərh edərkən bildiriblər.

Image result for Sergey Mironovun

İddia olunur ki, İrəvanda Rusiya vətəndaşının saxlanması sıradan bir hadisə deyil. Məsələ ondadır ki, Ermənistanda bu saxlanmanı ABŞ-ın sifarişi əsasında etdiyini bəyanlasalar da, rəsmi Vaşinqton bu hadisədən yaxasını kənara çəkib və bildirib ki, erməni xüsusi xidmət orqanlarının addımına hər hansı aidiyyətləri yoxdur. Mironovun adı isə ümumiyyətlə, İnterpolun axtarış bazasında yoxdur!

Qeyd etdiyimiz kimi, Ermənistan məhkəməsi Rusiya vətəndaşını həbs eləmək qərarından vaz keçsə də, hadisə artıq böyüyüb və siyasi mahiyyət qazanıb. Eyni zamanda rəsmi İrəvanın bu hərəkəti onun müttəfiq saydığı Rusiyaya qarşı de-marş və özbaşınalıq kimi qiymətləndirilməkdədir.

Image result for Andrey Yepifantsev

Politoloq Andrey Yepifantsev da əmindir ki, bu halda söhbət Ermənistanın Rusiya əleyhinə hüquqi yox, siyasi hərəkətindən gedir: “Mənim fikrimcə, bu, Bakıda erməni əsilli Rusiya vətəndaşı Marat Qalustyanın həbsinə cavabdır. Ermənistanda hazırda Rusiyaya qarşı böyük bir kampaniya aparılır. O sırada belə bir ittiham da səslənir ki, guya Moskva erməni olduğu üçün həmin şəxsin azad edilməsi üçün heç bir şey eləmir. İddia olunur ki, ”Əgər o, İvanov olsaydı, onu dərhal azad edərdilər, Qalustyan olduğu üçün heç kimin vecinə deyil?" Əlbəttə ki, belə deyil. İş ondadır ki, Ermənistan Mironovu saxlamaqla Rusiyaya qarşı narazılığını ifadə edir", - ekspert qeyd edib.

Onun sözlərinə görə, Moskva heç bir halda bu olaya barmaqarası baxmamalı, onu öz axarına buraxmamalıdır. “Əks halda bizim vətəndaşları istənilən ölkədə, istənilən bəhanə ilə saxlayacaqlar. Fikrimcə, bu halda analoji cavab prinsipi tətbiq olunmalıdır. Misal üçün, Moskva, sadəcə olaraq, Azərbaycanın axtarışa verdiyi və Rusiya ərazisində olan Ermənistan vətəndaşlarını Azərbaycana verməyə başlaya bilər” - Yepifantsev bildirir.

“Yekun etibarilə bu hadisə siyasi çalar daşıyır. Mənim üçün çox maraqlıdır, görəsən, Rusiya KİV-lərində və siyasi meydanlarında Rusiyanın deyil, Ermənistanın maraqlarını müdafiə edən və bunu Rusiyanın maraqları kimi təqdim edən erməni lobbisi bu olay haqda nə deyəcək. Bu adamların iki əsas tezisini yada salım:

a) hər şeydə Amerika günahkardır;

b) Ermənistan - Rusiyanın strateji və ən sadiq müttəfiqidir.

Amma indi belə çıxır ki, bizim strateji tərəfdaşımız hər şeydə günahkar olan bir ölkənin xahişi ilə Rusiya vətəndaşını saxlayır. Baxaq görək, onlar buna indi nə deyəcəklər", - analitik əlavə edib.

Image result for Erevan

Öz növbəsində Oleq Kuznetsov Sergey Mironovun saxlanmasında müəmmalı, eyni zamanda rəsmi İrəvanın hələ də izahat vermədiyi məqamlara diqqət yönəldir: “İnsanı dövlət sərhədini keçərkən saxlamaq elə də sadə məsələ deyil. Bu, böyük həcmdə əməliyyat informasiyası və həmin şəxsin dövlət sərhədinin mühafizəsi orqanında uçota götürülməsini tələb edir. Bundan ötrü ya Ermənistanın xüsusi xidmət orqanları, ya da onun hüquq-mühafizə orqanları əməliyyat-istintaq işi həyata keçirməli idi”.

Image result for Kreml

Politoloq, hər necə olmasa, hesab edir ki, Rusiya öz vətəndaşını müdafiə eləməlidir. “Dövlətin öhdəliyi ondan ibarətdir ki, öz vətəndaşlarının maraqlarını ölkəmizdən kənarda, xarici dövlətlərdə müdafiə eləsin - xüsusən də o halda ki, onlar hansısa məhkəmə və ya inzibati repressiyalar məruz qalırsa. Hazırda dəqiqləşdirmək lazımdır ki, Mironova qarşı irəli sürülən ittiham nə dərəcədə qanuni və əsaslıdır. Öncə deyilirdi ki, o, ABŞ-ın sifarişi əsasında saxlanılıb. Az sonra Amerika hüquq-mühafizə orqanları bu məlumatdan imtina elədi. Belə çıxdı ki, bu, erməni hakimiyyətinin özbaşınalığıdır”.

***

Image result for aprel döyüşləri

Beləliklə, Kremlin hələ reaksiya vermədiyi bu “casus” olayından istifadə edib Ermənistan hakimiyyətinin Rusiyaya meydan oxuması İrəvanın Moskvadan narazılığını bir daha sübut etmiş olur. Ermənistan hakimiyyəti Rusiya vətəndaşını Amerikanın adından istifadə edərək həbs edib, Kreml rəhbərliyinə minnət qoyması artıq göründüyü kimi, Rusiyada narazılıq doğurub. Vassal Ermənistan hakimiyyətinin bu cür meydan oxumaları Rusiyada həmişə bu cür qıcıqlı reaksiya ilə qarşılanır və Sərkisyan hakimiyyətinin cəzalandırılması tələbləri ilə müşayiət olunur. Bunu “itin sahibini qapması”na reaksiya da demək olar.

Ermənistan hakimiyyətinin Kremldən narazılığının səbəbi isə aydındır. Bu ilin aprelində cəbhə bölgəsində Azərbaycan ordusunun uğurlu əməliyyatları zamanı ciddi itkilər verən Ermənistan Rusiya rəhbərliyindən umduğu dəstəyi ala bilmədi. Əksinə, Rusiya Azərbaycanla silah sövdələşmələrini təzələdi ki, bu da Sərkisyan hakimiyyəti üçün öldürücü zərbə oldu. Hətta düşmən ölkənin xarici işlər naziri Edvard Nalbəndyan açıq şəkildə Rusiyanı tənqid etdi. “Biz Azərbaycanın silah almasında və az qala hər gün yeni müharibəyə başlayacağına dair hədə-qorxu gəlməyinə heyran deyilik. Və bu silahın Ermənistan ilə, o cümlədən də KTMT çərçivəsində qarşılıqlı fəaliyyət üçün səy göstərən müttəfiqdən alınması bizə xoş deyil”, deyə, erməni diplomatı bildirib. Avqust ayında Rusiya müdafiə naziri Sergey Şoyqu və prezident Vladimir Putinin Bakıya səfərində də silah alqı-satqısı ilə bağlı ciddi razılaşmalar əldə olunub. Ermənistan isə daha açıq danışmağa cəsarət etmədikcə, bu cür oyunlar və planlar quraraq sahibinə diş qıcamağa çalışır. Amma unudurlar ki, bir neçə il əvvəl Putinə qarşı İrəvan küçələrində etiraz aksiyalarını təşkil edən Sərkisyan hakimiyyəti o vaxt ağır cəzalandırıldı. Moskvada qəza törədən Ermənistan vətəndaşı olan sürücü məhkəməyə arvad xalatında çıxarıldı...

İndi Ermənistanın de-marşına Kremlin reaksiyası nə olacaq?