Bu gün:
Xezer.info » Qarabağ » Ermənilər Ağdam istiqamətində mina basdırmağa cəhd etdi

Ermənilər Ağdam istiqamətində mina basdırmağa cəhd etdi



Sentyabrın 17-si saat 13:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri qarşısında mina basdırmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.