Bu gün:
Xezer.info » Bu gün » “Mətanət-A”nın rəhbəri həbs oluna bilər – FƏTÖ əlaqələri təsdiqlənir

“Mətanət-A”nın rəhbəri həbs oluna bilər – FƏTÖ əlaqələri təsdiqlənir


“Mətanət-A”nın rəhbəri həbs oluna bilər – FƏTÖ əlaqələri təsdiqlənir
Azərbaycanda bəzi şirkətlərin də adı “gülənçilər”lə əlaqədə hallanır. Musavat.com bu şirkətlərin sırasında “Mətanət-A”nın da adını çəkir. Məlumata görə, bu şirkət “gülənçilər”lə sıx əlaqədədir. Araşdırmaları nəticəsində bu məlumatın əsassız olmadığına dair şübhələnər yaranıb. Belə ki, internet resurslarında rast gəlinən materiallarda “Mətanət-A” şirkətinin adı “gülənçilər”ə məxsusluğu şübhə doğurmayan “Qafqaz” Universiteti ilə birgə çəkilir. Rəsmi məlumatlardan (AzərTac-ın məlumatları) bəlli olur ki, “Mətanət-A” şirkəti vaxtaşırı “Qafqaz” Universitetinin layihələrinə sponsorluq edir, bu ali təhsil ocağının tələbələri tez-tez şirkətin qonağı olur və s.
Araşdırmalarımız zamanı həmin tələbələrin şirkətə getmələrinin sirri də üzə çıxıb. Məlum olub ki, şirkətdə tələbələrə treninqlər keçirilib, onların mütəxəssis kimi yetişmələrinə dəstək verilib.
Hətta “Qafqaz” Universitetini bitirən tələbələrin bir qismi “Mətanət-A” şirkətinə işə götürülüb. Bu da şirkətin “gülənçilər”lə əlaqədə ola biləcəyinə dair şübhələr yaradır. Bu baxımdan iddia olunur ki, sözügedən şirkətdə “gülənçi əməliyyatı” keçirilə bilər. Hökumətə yaxın qəzetlərdə də bu barədə geniş materialın dərc edilməsi şirkətin artıq hədəfdə olduğuna dəlalət edə bilər.
Qeyd edək ki, bu şikət əsas xammalını Azərbaycanda istehsal etsə də, bəzi səbəblərdən Türkiyədən də xammal idxal etməyə məcburdur. İddia olunur ki, “Mətanət A”-nı əlavə xammalla təmin edən şirkət də “gülənçilər”ə aiddir.
Qarşı tərəfin mövqeyini öyrənməyə çalışacağıq.(24saat.org) Ümumiyyətlə “Mətanət A” şirkətinin adı vaxtaşırı yerli mətbuatda neqativ planda xatırlansa da, bu günlərdə şirkət rəsmilərinin “Xidmət Hərəkatı” ilə əlaqələri haqda ilk dəfə məlumatlar yayılıb. Buna qədər “Mətənat-A” rəhbərlərinin Fətullah Gülən şəbəkəsinə bağlılığı haqda hər hansı bir məlumatlar yox idi. Cumhuriyyet.az olaraq bu günlərdə mediada dərc olunan həmin iddialı materialı olduğu kimi diqqətinizə çatdırırıq: “Şirkət rəhbərliyi illərlə özünü Azərbaycanın nüfuzlu generallarından birinin qohumu kimi qələmə verirdi. Gələn məlumatlar onu söyləməyə əsas verir ki, əslində şirkət rəhbərliyinin gücü Türkiyədə şəbəkələşmiş FETÖ-çülərlə əlaqələrə söykənirmiş.
F.Gülən şəbəkəsinin əsas özəlliklərindən biri gizliliyin çox ciddi şəkildə qorunmasıdır. Elə bu gizliliyi təmin etmək üçün “Xidmət Hərəkatı”nın üzvlərinə ifşa olunmamaları üçün istənilən addımı atmaq, yerli hakimiyyətlərin yanında yer almaq, hətta lazım gəlsə, Fətullah Gülən əleyhinə danışmağa, bu topluma məxsus bütün dəyərlərdən imtina etməyə icazə verilir. Təşkilatdan kimsə ifşa olunarsa, “Xidmət Hərəkatı”nın ciddi ziyan görməməsi üçün Pensilvaniyaya bağlı çoxlu sayda şəbəkələr qurulur və onların biri digərindən xəbərsiz olur”.
Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.