Bu gün:
Xezer.info » Dünya » İRAN ERMƏNİSTAN ƏRAZİSİNDƏN SİLAH TƏDARÜK EDİR

İRAN ERMƏNİSTAN ƏRAZİSİNDƏN SİLAH TƏDARÜK EDİR



İsrailin “İsrael-Alma” tədqiqat mərkəzi “Ermənistan İranın Suriya və Livana hava dəhlizinin tranziti rolunu oynayırmı” adlı məqalə dərc edib və burada Ermənistanın İranla hərbi əməkdaşlığı, xüsusən də Ermənistanın 2007-ci ildə necə silahlanması barədə yazıb.

Xezerinfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Mərkəz xatırladıb ki, Hələbdə erməni icması var.

Məqalədə deyilir ki, İran və Ermənistan arasında əməkdaşlıq Suriyaya, eləcə də İranın maraq dairəsində olan digər bölgələrə də şamil edilir.

“Məsələn, 2007-ci ildə Ermənistan İrana iranpərəst silahlı birləşmələr tərəfindən İraqdakı Amerika qoşunlarına qarşı buraxılan raketlər verib. İran hazırda Qarabağ bölgəsi ilə bağlı Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləyir və bu ərazidə İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələri fəaliyyət göstərir”, – nəşr yazır.