“GOOGLE” ZƏNGƏZUR DƏHLİZİNİ AÇDI – “Yalnız layihəni yerdə həyata keçirmək qalır”-FOTO
14-sen-2023Bazar ertəsi “Telegram”-ın Ermənistan seqmentində “Google” xəritələrində Qərbi Zəngəzur (ermənilər Sünik adlandırır- red.)və Naxçıvanı birləşdirən magistral yolun bir hissəsinin 2023-cü ilin dekabrında açılacağı ilə bağlı məlumatlar yayılıb. Bu, ermənilər arasında təşvişə səbəb olub.
Xezerinfo.az “Vest.az”-a istinadla xəbər verir ki, ermənilər bu hadisədən sonra ABŞ-ı təxribatda ittiham etməyə başlayıblar:“Google” öz xəritələrini milli kartoqrafiya institutlarının məlumatları əsasında hazırlayır. Ermənistanda bu cür qurum çoxdan ləğv edilib. Rusiya isə “Google”-a məlumat ötürə bilməz. Əgər məlumatı Azərbaycan ötürsəydi, o zaman Ermənistan ümumiyyətlə, mövcud olmazdı. Bu, necə adlandırılmasından asılı olmayaraq yeganə variant kimi, ABŞ Milli Kartoqrafiya İnstitutundan məlumatın alınması deməkdir”.
Ermənilərin fikrincə, bu məlumatlar sübut edir ki, regionda siyasət quran məhz Qərbdir və gələcək münaqişənin təşkilinin arxasında da məhz ABŞ dayanır. Ermənilərin fərziyyələrinə görə, məqsəd Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi və Ermənistanın parçalanmasıdır.
“Vest.az” nəqliyyat kommunikasiyalarının bu ilin sonunda açılacağıyla bağlı yayılan məlumatları araşdırıb. Lakin məlumatlar 4 gün ərzində dəyişdiyi üçün belə bir fakt aşkar olunmayıb. Hazırda xəritələrdə bu marşurutun açıq olduğu görünür.
Yəni, Zəngəzur dəhlizi “Google”-da açıqdır, yalnız layihəni yerdə həyata keçirmək qalır.