Amerika əsgərləri Suriyada bir-birinə güllə atır: ABŞ müdafiə nazirliyi və kəşfiyyatı üz-üzə
31-avq-2016ABŞ-dan Türkiyənin Cerablusta apardığı əməliyyata dair verilən fərqli və ziddiyyətli açıqlamalar, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) arasında Suriyada baş verən ixtilafların gün üzünə çıxmasına səbəb olub. Türkiyənin “Firat Qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalında Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi əməliyyatlara ABŞ-dan fərqli şərhlər və reaksiyalar gəlib.
ABŞ-dan gələn bu fərqli açıqlama və reaksiyalar Pentaqon və MKİ arasında Suriyada baş verən ixtilafların gün üzünə çıxmasına səbəb olub. MKİ və Pentaqonun 2016-ci ilin ilk aylarından bəri Suriyada dəstəkləyib silahlandıqları fərqli qruplar üzərində açıq savaşa çıxdıqları məlum olub.
İLK QARŞIDURMALAR FEVRAL AYINDA
2016-ci ilin əvvəlində Suriyada ABŞ tərəfindən silahlandırılan fərqli qruplar Hələb və Türkiyə sərhədində bir-biriləri ilə qarşıdurmaya başladı. Bu vəziyyət ABŞ xüsusi xidmət orqanı və hərbi dairələrin özləri qurduqları qruplar üzərindəki nəzarəti haqqı ilə təmin etmədiyini göstərdi. Amerikalı rəsmilər o dövrdə verdikləri açıqlamalarda MKİ və Pentaqonun ayrı-ayrı silahlandırdığı qrupların Hələbin şimal ətəklərindəki bölgədə bir-birinə atəş açdığı istiqamətindəki xəbərləri təsdiqlədi.
2016-ci ilin fevral ayının ortalarında MKİ-nin dəstəklədiyi “Liva Fursan” qruplaşması ilə Pentaqonun dəstəklədiyi, PKK-nın Suriya qolu YPG ünsürlərindən ibarət olan “Suriya Demokratik Qüvvələri” (SDG) arasında ilk toqquşma baş verdi. YPG ünsürlərindən ibarət olan SDG fevralın 18-də Hələbə bağlı Mare qəsəbəsinə hücum etdi. Qəsəbədə yerləşən MKİ dəstəkli “Sukur əl Cəbəl” qrupu qəsəbədə Pentaqon dəstəkli militanlara vuruşdu. Pentaqon dəstəkli YPG-nin hücumlarına məruz qalan “Sukur əl Cəbəl” qrupu koalisiya qüvvələrinin bu haqda informasiyasının olduğunu və buna sırt reaksiya verəcəklərini bildirmişdi. Fevral ayında MKİ-nin dəstəklədiyi qruplarla , Pentaqon dəstəkli qruplar arasında Suriyanın Azez şəhərində də qarşıdurma baş vermişdi. Amerikalılarla işləyən iki qrup Hələb ilə Türkiyə sərhədi arasında əhəmiyyətli bir məntəqə olan Azezdə, 3 martda isə Hələbə qonşu olan Şeyx Maqsudda qarşı-qarşıya gəlmişdi. Azezdə yaşadıqlarına dair bəyanatlar verən MKİ dəstəkli “Liva Fursan” qrupunun lideri Faris Bayuş “bizə hücum edən qruplar, kim tərəfindən dəstəklənir-dəstəklənsin, onlarla döyüşəcəyik” deyirdi.
PENTAQONDAN 80% YPG-dən İBARƏT HƏRBİ BİRLİK
Pentaqon 2015-ci il “Suriya Demokratik Qüvvələri” adı altında yeni bir hərbi koalisiyanın qurulmasını təmin etdi. Pentaqondan edilən açıqlamalara görə, bu koalisiyanın məqsədi, Suriyanın şərqində İŞİD-in əlində olan torpaqları almaq və ABŞ hava hücumlarına qurudan kəşfiyyatı təmin etmək idi. SDG başlıca olaraq PKK-nın Suriyadakı qolu PYD-nin silahlı qanadı YPG-dən ibarətdir. Adı çəkilən hərbi koalisiyaya az sayda ərəblərin də daxil edilməsi onu işğalçı kürd ordusu görüntüsündən uzaqlaşdırmaq idi.
MKİ-nin GİZLİ ƏMƏLİYYAT BİRLİYİ: LİVA FURSAN
Pentaqon açıq bir şəkildə YPG-ni dəstəkləyərkən MKİ, “Liva Fursan” kimi gizli qruplar hazırlayırdı. ABŞ kəşfiyyatı “Liva Fursan” kimi qrupları hətta TOW antitank raketlərlə təmin edirdi.
RUSİYANIN MÜHARİBƏYƏ GİRMƏSİ
Rusiyanın Suriya müharibəsinə daxil olması və Əsəd əleyhinə olan qrupları havadan vurması ilə Pentaqon dəstəkli PKK-nın Suriya qolu YPG Hələbdə təsir sahələrini genişləndirərkən, MKİ-nin dəstəklədiyi “Liva Fursan” qrupu problemlər yaşamağa başladı. Rusiyanın hava hücumları MKİ və Pentaqon dəstəkli qrupları yenidən qarşı-qarşıya gətirdi.
MKİ PENTAQON RƏQABƏTİ VARDI, AMMA…
Amerika kəşfiyyatı ilə Pentaqon arasında strategiya və hakimiyyət çəkişmələri həmişə olub. Amma indiyədək bu çəkişmələr siyasi mətbəx və bağlı qapı arxasında aparılırd. Suriyada isə bu savaş açıq müstəviyə girdi. Bir zamanlar mübahisələr, fərqli fikirlər ətrafında fırlanan ideoloji dartışmalar artıq silahların danışdığı bir savaşa çevrilib. Siyasi şərhçilər hesab edir ki, 2016-ci ilin əvvəlindən bəri Suriyada baş verən və son günlər tamamilə gün üzünə çıxan MKİ-Pentaqon münaqişələri ABŞ-ın şikəst və iyrənc xarici siyasətindən qaynaqlanır.(avropa.info)