Bu gün:
Xezer.info » Dünya » RUSİYA KRIMDA MƏHV EDİLİR – ŞƏRH

RUSİYA KRIMDA MƏHV EDİLİR – ŞƏRH



Krımdakı Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin sistemli şəkildə sıradan çıxarılması davam edir. Bu gün səhərə yaxın Yevpatoriyada (tatarca adı: Kezlev) növbəti S-400 “Triumf” zenit-raket kompleksi məhv edilib. Əməliyyat zamanı əvvəlcə kamikadze dronlar radarları vurub, sonra buraxıcı qurğulara 2 ədəd “Neptun” raketi ilə zərbə endirilib. Ötən ay da Krımın Tarhanqut burnunda daha bir S-400 məhv edilmişdi.
RUSİYA KRIMDA MƏHV EDİLİR – ŞƏRH
Xezerinfo.az yazır ki, bu barədə danışan politoloq Şahin Cəfərli bildirib ki, Krımda HHM sistemlərinin sıradan çıxarılması Rusiya ordusunun orada yerləşən quru və hava qüvvələrinin bazalarına daha rahat zərbələr endirməyə və beləliklə, yarımadanın demilitarizasiyasına imkan verəcək:

“Bu halda Ukrayna ordusunun Krım inzibati sərhədlərinə çıxdıqdan sonra içəriyə daxil olub, qanlı döyüşlər aparmasına bəlkə də ehtiyac qalmayacaq, yaxud bu əməliyyat daha asan başa gələcək”.