Bu gün:
Xezer.info » Eksklüziv » DSMF-in filialı üçün ayı 45 min manat ofis icarəyə götürülür – Tenderin qalibi kimdir?

DSMF-in filialı üçün ayı 45 min manat ofis icarəyə götürülür – Tenderin qalibi kimdir?



Dövlət Sosial Müdafiə Fondu (DSMF) 1 620 000 AZN-ə ofis icrayəyə götürür.
Qaynarinfo xəbər verir ki, bununla bağlı fırdi sahibkar Abbasov Aydın Akif oğlu ilə satınalma müqaviləsi imzalanacaq.
Müqavilənin şərtlərindən məlum olur ki, ofis DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün icarəyə götürülür.
Ofisin sahəsi 3000 kvadratmetrlik ofis 36 ay üçün nəzərdə tutulur. Bu halda aylıq icarə haqqı 45 000 AZN edir.
Aydın Abbasov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.