Bu gün:
Xezer.info » Dünya » DÜNYANIN GÖZÜ BU GÖRÜŞDƏ – PUTİNDƏN İLK AÇIQLAMA – FOTOLAR,VİDEO

DÜNYANIN GÖZÜ BU GÖRÜŞDƏ – PUTİNDƏN İLK AÇIQLAMA – FOTOLAR,VİDEO



Zirehli qatarı ilə Rusiyaya gedən Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Dünyanın nəfəsi kəsilərək izlədiyi zirvə 08.39 GMT-də başladı. ABŞ sammit öncəsi son xəbərdarlıq edərkən, gözlənilən ilk açıqlama Putindən gəldi.

Xezerinfo.az CNN-ə istinadən xəbər verir ki, bir müddətdir Ukraynanın hücumuna qarşı müdafiə mövqeyində olan Rusiya gözünü Şimali Koreyaya çevirib.

Moskvanın Şimali Koreyadan silah alacağı iddiası dünyada bir nömrəli gündəm olmaqda davam edir. Şimali Koreya lideri Kim, ABŞ-ın Şimali Koreyanı onları hədəf alaraq “qiymətini ödəyəcəkləri” xəbərdarlığından sonra Rusiyaya gedib. Bunun üzərinə Vaşinqton daha sərt bəyanatla son xəbərdarlığını etdi.

ABŞ Dövlət Departamenti bəyan edib ki, Kim və Putin arasında silah ticarətinə dair istənilən razılaşma Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini pozacaq və növbəti sanksiyalara zəmin yaradacaq. Rusiya mətbuatı Putin və Kimin sammitin keçiriləcəyi Vostoçnıy kosmodromuna gəldiyini açıqlayıb. Bu xəbərdən az sonra ilk kadrlar ictimaiyyətə təqdim olundu.

Putin Kimi Rusiya kosmik obyektində daşıyıcı aparat yığma binasının girişində qarşılayıb. İki lider burada qısa müddət söhbət ediblər. Tərcüməçi vasitəsilə danışan Kim Putinə Rusiyaya dəvət etdiyinə və kosmos mərkəzində görüşdükləri zaman səmimi qarşılandığına görə təşəkkür edib. AFP-nin məlumatına görə, sammit yerli vaxtla saat 08.39-da başlayıb.

Rusiya dövlət xəbər agentliklərinin verdiyi məlumata görə, sammitdən əvvəl çıxış edən Putin Rusiyanın Şimali Koreyaya kosmik peyklərin yaradılmasına kömək edəcəyini bildirib. Onun Kimlə sammit zamanı silah tədarükü məsələsini müzakirə edib-etməyəcəyi sualına Putin deyib ki, iki lider bütün məsələləri müzakirə edəcək.

Rusiya dövlət mediasının məlumatına görə, Putin və Kim arasında keçirilən sammitdə Kremlin sözçüsü Dmitri Peskov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu iştirak edir.

Ekspertlər bu qənaətdədirlər ki, Rusiya Ukraynada müharibəni davam etdirmək üçün sursata ehtiyac duyur və bu sursatı təmin etmək iqtidarında olan Şimali Koreya bunun müqabilində nüvə dəstəyi ala bilər.Xatırladaq ki, Şimali Koreya lideri sonuncu dəfə Rusiya Federasiyasına 2019-cu ildə səfər edib.