RUS SEKTORUNA GEDƏNLƏR BU İL NİYƏ AZALIB? – EKSPERTDƏN İZAH
13-sen-2023Bu il birinci sinif üzrə məktəblərin rus dili bölməsinə qəbul olan uşaqların sayında azalmanın müşahidə edilməsinin bir neçə səbəbi var. Bunu siyasi proseslər, Rusiya ilə olan münasibətlərlə əlaqələndirənlər də var. Ancaq bu qəti şəkildə siyasi proseslərlə əlaqəli deyil. Səbəblər sırf daxili məsələdir və müəyən problemlərlə əlaqədardır.
Bu sözləri Tribunainfo.az-a təhsil eksperti Kamran Əsədov bu il rus bölməsinə birinci sinif üzrə gedən ş.agird sayında kəskin azalmanın səbəbləri barədə danışarkən deyib. Ekspert qeyd edib ki, azalmanın birinci səbəbi imtahan, müsahibə mərhələsindən uşaqların kəsilməsidir. İkinci əsas səbəb isə:
“Valideynlərin artıq rus bölməsində təhsilin o qədər də ürəkaçan olmaması və gələcək üçün elə də uğurlu hesab etməməsidir. Bu səbəbdən əksər valideynlər əvvəl rus bölməsinə üstünlük verirdilərsə, indi digər xarici dil bölmələrinə, özəl məktəbərə üstünlük verirlər.
Həmçinin, artıq məlumdur ki, rus bölmələrində ciddi şəkildə müəllim çatışmazlığı var. Həm ibtidai siniflərdə, həm də yuxarı siniflərdə. Xüsusilə də Biologiya, Fizika, Kimya fənlərindən müəllim tapılmır orta məktəbdə dərs demək üçün. Araşdıran valideynlər və ya bir övladı yuxarı sinifdə oxuduğu üçün artıq məlumatlı və təcrübəli olan valideynlər bu problemi bildiyi üçün rus bölməsinə müraciət etmir.
Digər bir səbəb isə rus bölmələrində müşahidə olunan şagird sıxlığıdır. Azərbaycan bölmələrində 28-30 uşaq varsa, rus bölmələrində şagird sayı 45-50 nəfərə çatır. Hazırda bir sinifdə 54 şagird olan siniflər var. valideynlər bu anormalığı nəzərə alaraq rus bölmələrindən imtina edərək digər xarici dil bölmələrinə, özəl məktəblərə üstünlük verirlər”.
K.Əsədov qeyd edib ki, ölkədə hansısa siyasi proseslər gedirsə onu avtomatik olaraq bununla əlaqələmdirirlər. Ancaq Rusiya ilə olan münasibətlərin bu bölməyə marağın azalması ilə heç bir əlaqəsi yoxdur:
“Rusiyaya bizim cəmiyyətin mövqeyi bəllidir. Ancaq Azərbaycan dövləti elə bir dövlətdir ki, burada hər kəsin öz ana dilində dəhtil almağına tam şərait yaradılıb. Xınalıqda yaşayan əhalinin öz dilində kitab nəşr edib dövlət, udinlər üçün, talışlar üçün dərsliklər var. Rus bölməsində oxuyan şagirddən, məzundan dövlətə hansı zərər glə bilər ki? Dövlət üçün rus dilində təhsil təhlükə törətmir. Rus bölməsində oxuyanlar, həmçinin digər dil bölmələrində oxuyanlar da dövlət üçün təhlükəli deyil”.
Qeyd edək ki, birinci siniflər üzrə rus bölməsinə müraciət edənlərin sayında 25% azalma müşahidə olunub. Əgər ötən tədris ilində 14989 nəfər 1-ci sinif şagirdi məktəb həyatına rus sektoru üzrə başlamışdısa, bu il bu rəqəm 11943 nəfərdir.