“STEPANAKERT” GORBAGOR OLDU – EKSPERT DETALLARI AÇIQLADI
13-sen-2023Hətta gənc erməni siyasi-ictimai adamlar belə “Stepanakert”in adının mənasını bilmirlər. Onlar elə bilir ki, bu hansısa qədim erməni məkanıdır, hansısa qədim erməni xadiminin adıdır.
Xezerinfo.az yazır ki, bu sözləri Real Partiyasının üzvü Natiq Cəfərli bildirib. O qeyd edib ki, biz bu fürsətdən istifadə edib müxtəlif dillərdə informativ video-çarxlar hazırlamalıyıq:
“Əsasən Rusiyadan, amma həm də dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərə müsahibələrimdə, beynəlxalq tədbirlərdə ermənilərlə diskussiyada həmişə onlar “Stepanakert”, mən Xankəndi deyirəm – həm də izah edirəm ki, ay adamlar, “Stepanakert” qədim ad deyil, tarixi önəm daşımır kommunist-bolşevik liderlərindən birinin adıdır, onun adını əbədiləşdirmək üçün SSRİ tərəfindən atılmış addımdır. İnanın ki, bilmirlər bunu, tək xaricilər yox, hətta gənc erməni siyasi-ictimai adamlar də bilmir, beyinlərinə salıblar ki, bu hansısa qədim erməni məkanıdır, hansısa qədim erməni xadimin adı verilmiş şəhərdir. Xankəndi adı isə 17-18-ci əsrdən tarixi sənədlərdə qeyd edilib.
Məncə, bu məsələ ilə bağlı müxtəlif dillərdə kreativ və informativ video-çarxlar, məlumatlar hazırlayıb yaymaq lazımdır. Bolşevik-kommunist birinin adının ermənilərin “müqqədəsləşdirmək” cəhdi ifşa olunmalıdır”.