“PAŞİNYANIN BU SİYASƏTİ İFLASA UĞRAYIB” – ERMƏNİ ŞƏRHÇİ
13-sen-2023“Ermənistan hakimiyyəti ona yeni müttəfiqlər verəcək siyasət aparmır, eyni zamanda, Rusiyaya öz öhdəliklərini yerinə yetirməmək imkanı verir”. Tribunainfo.az yazır ki, erməni politoloq Argişti Kiviryan belə deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin hərəkətləri səbəbindən İrəvan üçün Moskvanı öhdəliklərini yerinə yetirməyə məcbur etmək çətin olacaq. O, elə siyasətə çağırıb ki, Rusiya öz öhdəliklərindən yayına bilməyəcək, əvəzində isə Ermənistan hakimiyyəti Rusiya ilə münasibətləri daha da gərginləşdirir. “Mövcud müttəfiqdən qurtulmaq üçün əvvəlcə yenisini tapmaq lazımdır. Xüsusilə bizim regionda təhlükəsizlik sferasında boşluq yaratmaq yolverilməzdir, çünki bu, ciddi nəticələrə, o cümlədən qırğınlara səbəb ola bilər”, – Kiviryan vurğulayıb.
Onun sözlərinə görə, Rusiya bir çox başqa ölkələrdən fərqli olaraq dünyanın müxtəlif yerlərində öz öhdəliklərini az-çox yerinə yetirir. “Erməni-Amerika təlimləri şəklində siqnal kimə verilir? Rusiya və KTMT çox gözəl anlayır ki, ABŞ regionda təhlükəsizliyə görə məsuliyyəti öz üzərinə götürməyəcək. Baş nazir Nikol Paşinyanın siyasəti Ermənistanın bütün xarici siyasətinin iflasa uğramasına gətirib çıxardı”.
Onun fikrincə, Qərbin Cənubi Qafqaz regionunda maraqları yalnız Rusiyanın zəifləməsi ilə nəticələnir. “Ermənistanda Azərbaycan kimi enerji resursları olsaydı, o zaman Ermənistanın və Qərbin maraqları daha aydın olardı”, – ekspert əlavə edib. O, Paşinyanı Tehranla daha fəal əlaqə saxlamağa çağırıb.
“Lakin əvvəlki hakimiyyətin Qərbdən asılılığı bunu etməyə imkan vermir. Eyni zamanda, Ermənistanın yürütdüyü siyasət Türkiyənin rolunun güclənməsinə gətirib çıxarır, İranın ciddi geosiyasi maraqları isə erməni maraqları ilə üst-üstə düşür. Məhz Tehranın siyasəti sayəsində və yalnız bunun sayəsində bu gün bölgədə müharibə yenidən başlamayıb. İran prezidenti Paşinyanla telefon danışığında sonuncunu Rusiya tərəfinin ittiham etdiyi eyni şeydə, yəni indiki mərhələdə Rusiya ilə İranın maraqlarının üst-üstə düşməsində ittiham edib. Ermənistan bundan istifadə edib Azərbaycan-Türkiyə tandemindən yaranan neqativləri neytrallaşdıra bilər”, – Kiviryan yekunlaşdırıb.