Bu gün:
Xezer.info » Manşet » Putin: “Çubays qaçıb gizlənir, “Rusnano”da böyuk maliyyə dəliyi var”

Putin: “Çubays qaçıb gizlənir, “Rusnano”da böyuk maliyyə dəliyi var”



Uzaq Şərq İqtisadi Forumunda Rusiya prezidenti Vladimir Putin “Rusnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın ölkəni tərk etməsindən danışıb.
Xezerinfo.az bu barədə “Rosbalt”a istinadla xəbər verir.

Prezidentin sözlərinə görə, “Rusnano”da mürəkkəb proseslər gedir, “böyük maliyyə dəliyi” var. Bununla belə, Putin rəqəmləri açıqlamayıb.
“Nədənsə Çubays orada gizlənir. <…> O, niyə belə edir? Aradan çıxdı!” – Putin deyib. Onun sözlərinə görə, hələlik korporasiya ilə bağlı hər hansı cinayət işi və təqibi yoxdur. “Ancaq ola bilsin ki, o, bütün bunların son nəticədə cinayət işlərinə səbəb olacağından qorxur və buna görə də İsraildə qeyri-qanuni fəaliyyətə başlayıb”, – dövlət başçısı bildirib.
Xatırladaq ki, Çubays 2022-ci ildə Rusiya Ukraynaya hücum etdikdən sonra Rusiyanı tərk edib. Mətbuatın ona yaxın mənbələrə istinadən verdiyi məlumata görə, o, geri qayıtmaq niyyətində deyil. Mətbuatda həmçinin Çubaysın ad və soyadını dəyişdirdiyi iddiası yayılıb.