RƏİSİNİN PAŞİNYANLA TELEFON DANIŞIĞI – PAŞİNYANIN 3 VARİANTI VAR
12-sen-2023danışığında bildirib ki, regionda istənilən geosiyasi və sərhəd dəyişikliyi İran üçün qırmızı xəttdir.
Xezerinfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi özünün Sotsantsi mikrobloqunda Rəisi-Paşinyan söhbətinin təfərrüatlarını təqdim edərək yazıb.
Rəisi vurğulayıb ki, “3+3” formatından kənar ünsiyyət, xarici (regiondankənar) qüvvələrlə işləmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər yalnız vəziyyəti çətinləşdirir.
Rəisi ER-də erməni-amerikan hərbi təlimləri keçirmək niyyətinə görə Paşinyanı danlanıb. Eyni zamanda qeyd olunub ki, İran mövcud problemlərin həllində Ermənistan və Azərbaycana kömək etməyə hazırdır. ER baş nazirinin mətbuat xidməti bir müddət əvvəl bildirmişdi ki, Paşinyan və Raisi telefonla danışıblar, söhbət zamanı Laçın dəhlizinin bağlanması nəticəsində Qarabağda dərinləşən humanitar böhran tendensiyalarını müzakirə edilib.
“Moskvanın ayıq-sayıq silləsindən sonra indi İran bizim ölkənin hakimiyyətini danlayır, xəbərdar edir. Nikol Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl İran və Rusiyanın Ermənistan hakimiyyəti ilə bu cür danışdığı bir hadisəni xatırlamaq çətindir. Mən xalqlarımızın çoxəsrlik əlaqələrini, dövlətlərin strateji müttəfiqlik münasibətlərini nəzərə alaraq, xüsusilə vurğulayıram”.
Qeyd edək ki, İran Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir və bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani mətbuat konfransında sentyabrın 9-da Qarabağda keçirilən “prezident seçkiləri”ni şərh edərkən bildirib.
Xatırladaq ki, Azərbaycan, Türkiyə, Ukrayna, Moldova Samvel Şahramanyanın Qarabağın prezidenti seçilməsini pisləyən bəyanatlar vermiş, Avropa İttifaqı isə seçkiləri tanımamaq barədə bəyanat vermişdi.
İran XİN sözçüsü eyni zamanda əlavə edib ki, İran beynəlxalq səviyyədə tanınmış sərhədlərin hər hansı dəyişikliyinə qarşıdır. Tehranın regionda geosiyasi və sərhəd dəyişikliklərini qəbuledilməz hesab etməsi ilə bağlı bu mövqeyi də məlum və aydındır. Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir.