Bu gün:
Xezer.info » Eksklüziv » YAS MƏCLİSLƏRİNDƏ EHSAN YIĞIŞDIRILSIN! SOSİAL MEDİA AYAĞA QALXDI…

YAS MƏCLİSLƏRİNDƏ EHSAN YIĞIŞDIRILSIN! SOSİAL MEDİA AYAĞA QALXDI…


YAS MƏCLİSLƏRİNDƏ EHSAN YIĞIŞDIRILSIN! SOSİAL MEDİA AYAĞA QALXDI…
Naxçıvanın Mahmudkənd icması kənddə yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Tribunainfo.az xəbər verir ki, bu barədə kəndin sosial media hesabında paylaşım edilib. Bu qərar sosial şəbəkələrdə təqdir edilib və müzakirələr açıb. Əksəriyyət bütün ölkə boyu yas məclislərində yemək verilməsini yığışdırmağa çağırıb. Sosial media istifadəçiləri mərasimlərdə ehsan verilməsini israfçılıq adlandırıb və bu ənənəyə son qoymaq üçün bir tendensiya başlamağı təklif edib. Dini mövzular üzrə yazar Kənan Rövşənoğlunun sözlərinə görə, yas mərasimlərində yemək verilməsi adəti ləğv olunmalıdır. Onun fikrincə, başsağlığı vermək üçün gələn adamlar 15-20 dəqiqə ərzində bunu edə, ən uzağı bir stəkan çay içib gedə bilər: “Bu yemək məclislərinin nə ölü sahibinə, nə də camaata bir faydası yoxdur. Bu cür axına qapılıb borc xərclə ehsan verməyin ölüyə heç xeyiri yoxdur.
Bundan qazanan mərasim evləri, orda işləyənlərdir.
İmkanı olanlar daha faydalı işlərə sərf edə bilər, ehsan məqsədi ilə. Məsələn, bir xəstənin əməliyyat xərcini, bir tələbənin təhsil haqqını ödəməklə daha çox savab və təşəkkür qazana bilər. İmkanı olmayan isə ailə üzvü öldüyü üçün xərcə düşməməlidir.
Bu arada, Naxçıvanda uzun illər Vasif Talıbovun zamanında ehsan qadağan edilib. Bakının bir sıra kəndlərində, eləcə də bir çox rayonlarda neçə ildir ki, ehsan süfrələri yerli sakinlərin təşəbbüsü ilə ləğv olunub. 2014-cu ildə hökumət yuxarıdan etməyə çalışdı və nəticədə tərsi oldu, müsbət təşəbbüslər də itib getdi”.