Bu gün:
Xezer.info » Qarabağ » ABŞ-ERMƏNİSTAN TƏLİMLƏRİNİ AZƏRBAYCANLA NƏ BAĞLAYIR? – AÇIQLAMA

ABŞ-ERMƏNİSTAN TƏLİMLƏRİNİ AZƏRBAYCANLA NƏ BAĞLAYIR? – AÇIQLAMA



“ABŞ öz tərəfdaşları ilə müntəzəm təlimlər keçirir, ABŞ-ın çoxdankı partnyoru olan Ermənistan isə ABŞ Silahlı Qüvvələri ilə digər tədbirlərlə əlaqəli olmayan müntəzəm təlimlərdə iştirak edir”.

Xezerinfo.az Armenpress-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller erməni-amerikan hərbi təlimlərinin hansısa formada Azərbaycandan mümkün hücumun qarşısını almaq məqsədi daşıyırmı sualına belə cavab verib.

“Biz müntəzəm olaraq təlimlər keçiririk və döyüş hazırlığını qorumaq və silahlı qüvvələrimizin qarşılıqlı fəaliyyətini daim təkmilləşdirmək üçün tərəfdaşlarımızla işləyirik. Ermənistan ABŞ-ın çoxdankı tərəfdaşıdır və Müdafiə Nazirliyinin Dövlət Tərəfdaşlığı Proqramı vasitəsilə 2003-cü ildən Kanzas Milli Qvardiyası ilə möhkəm əlaqələrə malikdir. Deməli, yox, bunlar adi təlimlərdir və heç bir şəkildə başqa hadisələrlə əlaqəsi yoxdur”, – Dövlət Departamentinin sözçüsü bildirib.

Millerdən həmçinin Rusiyanın erməni-amerikan hərbi təlimləri ilə bağlı ifadə etdiyi narahatlıqlara cavab verməsi istənilib.

“Düşünürəm ki, Rusiyanın son illərdə iki qonşu ölkəni işğal etdiyini nəzərə alsaq, o, region ölkələrinə təhlükəsizliklərini necə təşkil etmək barədə mühazirələrdən çəkinməlidir”, – Miller yekunlaşdırıb.