Bu gün:
Xezer.info » İqtisadiyyat » İQTİSADİYYAT NAZİRLİYİ “ATLAS MEDİKAL CENTER”İ MƏHKƏMƏYƏ VERDİ

İQTİSADİYYAT NAZİRLİYİ “ATLAS MEDİKAL CENTER”İ MƏHKƏMƏYƏ VERDİ



“Atlas Medikal Center” İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə verilib.

Xezerinfo.az-ın əldə etdiyi məlumata görə, klinika haqqında məhkəmədə iddianı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi qaldırıb.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr, vergi məsələləri üzrə yaranmış mübahisələrdir.

İşə Bakı İnzibati Məhkəməsində hakim Tural Məlikovun sədrliyi ikə baxılır. Tərəflər arasında növbəti proses 29 sentyabr tarixində təyin edilib.