AĞDAM-XANKƏNDİ YOLU AÇILACAQ, MƏCBUR QALACAQLAR” – DEPUTAT VÜQAR İSKƏNDƏROV
11-sen-2023“Qarabağda yaşayan erməni əhalisi, separatçılar artıq 10 gündür Ağdam-Xankəndi yolunda gözləyən Azərbaycanın göndərdiyi humanitar yüklə yanaşı, Rusiyanın da göndərdiyi ərzaq dolu yük maşınlarından imtina edir. Çünki onların ərzağa, una, yardıma ehtiyacları yoxdur. Onlar bu yardımlardan imtina etməklə həm də dünyaya özlərinin yalan danışdığını göstərmiş olurlar”.
Bu sözləri Xezerinfo.az-a deputat Vüqar İskəndərov deyib. O bildirib ki, Qarabağdakı separatçıların hər uzanan əli geri itələmələrinin səbəbi rahat həyat yaşamalarıdır. Ancaq artıq dalana dirəniblər: “Uyduracaq yalanları qalmayıb. Dünyanı ac olduqlarına, Azərbaycanın onları blokadada saxladığına inandırmağa çalışırdılar. Ancaq indi bu yalanlar da inandırıcı deyil. Həm Azərbaycandan, həm də Rusiyadan gələn ərzaqla dolu yük avtomobillərini qəbul etsələr, bizim açılmasında israr etdiyimiz yol da açılacaq. Onlar buna razı deyil, ancaq razı olmağa məcbur qalacaqlar. İndi gedən bütün proseslər onların əleyhinədir. Artıq dünyanı da aldada bilmirlər”.