“Dostlarımızın dost olmasını istərdik” – Hikmət Hacıyev
07-sen-2023“Dostlarımızın da öz aralarında dost olmasını istərdik”.
Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin “i24news” telekanalına müsahibəsində Türkiyə-İsrail münasibətlərindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi prosesinə öz töhfəsini verib. O, bu məqsədlər üçün diplomatiyanın ən yaxşı alət olduğunu vurğulayıb: “Azərbaycan Türkiyə və İsrail arasında dostluq və qarşılıqlı anlaşmanı görməkdən məmnundur”.