ERMƏNİSTANIN ABŞ-LA KEÇİRDİYİ TƏLİMLƏR MOSKVADA NARAHATLIQ YARATDI
07-sen-2023Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistanın ABŞ-la keçirdiyi təlimlər Moskvada narahatlıq elementi ilə qarşılanır.
Xezerinfo.az TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Ermənistandakı müttəfiqlərinin ən ciddi diqqətini onların ABŞ-la keçirdiyi təlimlərin Moskvada narahatlıq elementi ilə qarşılanmasına yönəltdi.
Bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O, bildirib ki, Moskva bundan irəli gəlir ki, KTMT ölkələri ilə təlimlər praktikasına riayət etmək lazımdır.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək ölkədə erməni-amerikan hərbi təlimlərinin keçiriləcəyini açıqlayıb . Göstərilən məqsəd sülhməramlı missiyalar çərçivəsində qarşılıqlı fəaliyyətin artırılmasıdır.