BMT ABŞ-IN QƏRARINDAN NARAHATDIR
07-sen-2023BMT baş katibinin sözçünün müavini Fərhan Haq ABŞ-ın Ukraynanı bu tip sursatla təmin etmək qərarını şərh edərkən dünyanın istənilən yerində tükənmiş uranın istifadəsindən narahatlığını ifadə edib.
Xezerinfo.az xəbər verir ki, “Dünyanın istənilən yerində tükənmiş uranın istifadəsi ilə bağlı narahatlığımız həmişə olub və olmaqda davam edir”, – deyə Haq bildirib.
Bundan əvvəl Pentaqon bəyan etmişdi ki, Vaşinqton Ukraynaya 175 milyon dollarlıq yeni hərbi yardım paketi çərçivəsində tükənmiş uran mərmiləri verir.
Ağ Ev mərmilərin radioaktiv təhlükə yaratmadığını vurğulayıb.