Bu gün:
Xezer.info » Manşet » Məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatı artırılacaq

Məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatı artırılacaq



2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, rus sektorlarında bir sıra fənlər, o cümlədən Tarix, Zəfər tarixi, musiqi dərsləri azərbaycan dilində tədris olunacaq: "Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir. Problemin məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk".

Nazir deyib ki, cari ildə 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb: "Ümumilikdə 318 dərslik 7,4 milyon nüsxədə çap olunub. Dərsliklər şəhər və rayon məktəblərinə göndərilib. Növbəti həftədən isə ucqar yerlərdə yerləşən məktəblərimiz də bu dərslikləri əldə edəcəklər".