Emin Əmrullayev: "Ali məktəblərdə yataqxana məsələsi xroniki problemlərdən biridir"
06-sen-2023Hazırda mövcud tələbə yataqxanalarımız çox azdır. Bir neçə ali məktəbdə bir neçə yüz nəfərlik yataqxana var. Lakin tələbələrin sayı artır.
Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib.
Nazir bildirib ki, bu gün 4 min yerlik yataqxana var: "Ali təhsil müəssisələrində yataqxana məsələsi bizim üçün xroniki problemlərdən biridir. Bir sıra yataqxanalarda vaxtilə qaçqın və məcburi köçkünlər yeləşdirilib. Böyük Qayıdış prosesindən sonra bizim yerlərimiz daha da çoxalacaq".