Bu gün:
Xezer.info » Dünya » ERMƏNİPƏRƏST KONQRESMEN DUA ETMƏYƏ BAŞLADI

ERMƏNİPƏRƏST KONQRESMEN DUA ETMƏYƏ BAŞLADI



ABŞ konqresmeni Adam Şiff Bakıda saxlanılan erməni diversantlarla bağlı danışarkən “Azərbaycanın Dağlıq Qarabağı amansız blokadaya almasından” narahat olduqlarını bildirib.

Xezerinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə konqresmen öz Feysbuk səhifəsində yazıb. Konqresmen “artsax”da qohumlarını tapa bilməyənlər üçün narahat olduğunu və hər gün dua etdiyi bildirib:

“Bu günə qədər Azərbaycan bir çox erməni hərbi əsirləri qanunsuz olaraq saxlamağa davam edir və itkin düşənlərin taleyi naməlum olaraq qalır. Mən hələ də Ermənistanda və “Artsax”da qohumlarını tapa bilməyənlərə görə narahatam. Onların sağ-salamat qayıtmaları üçün dua edirəm. Qəddar mühasirəyə son qoymaq üçün dualar edirəm”.