BU BOKT-LAR SENTYABRDA MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİNƏ BAŞLAYIR – SİYAHI
06-sen-2023Bu gün bankların fəaliyyətindən narazı olan vətəndaşlar Bank Olmayan Kredit Təşkilatlarının təklif etdiyi xidmətlərdən yararlanmağa üstünlük verirlər. Ancaq bu vətəndaşı heç də problemdən xilas etmir, əksinə daha böyük problemə salmış olur. Çünki bu gün fəaliyyət göstərən BOKT-ların adları daha çox vətəndaşla məhkəmə çəkişmələrində hallanır.
Elə bir ay yoxdur ki, məhkəmələrdə BOKT və vətəndaş çəkişməsi olmasın. Hətta bəzi Bank Olmayan Kredit Təşkilatları var ki, onlar sanki məhkəmə prosesləri üçün ixtisaslaşıblar.
Tribunainfo.az sentyabr ayı ərzində vətəndaşlarla məhkəmə çəkişməsi olan problemli BOKTların adlarını və məhkəmə saylarını araşdırıb. Araşdırmanın nəticəsini təqdim edirik:
“AQRARKREDIT” 69 məhkəmə
“FINOKO” 28 məhkəmə
“PARA” 27 məhkəmə
“TBC KREDIT” 19 məhkəmə
“PSG FINANS” 13 məhkəmə
“KƏPƏZ” 9 məhkəmə
“MERKURI” 8 məhkəmə
“EMBAFINANS” 5 məhkəmə
“AZƏRBAYCAN MIKRO KREDIT” 4 məhkəmə
“M BULAK” 3 məhkəmə
“PRIOR CREDIT” 3 məhkəmə
“İDK” 2 məhkəmə
“FINEX KREDIT” 2 məhkəmə
“İDEAL KREDIT” 2 məhkəmə
“KREDIT SERVIS” 2 məhkəmə
“VIZA KREDIT” 2 məhkəmə
“PREMIER KREDIT” 1 məhkəmə
“CITY FINANCE” 1 məhkəmə
“FALCON FINANCE” 1 məhkəmə
“KREDEX” 1 məhkəmə