Bu gün:
Xezer.info » Dünya » ABŞ 31 tankını Ukraynaya verəcək

ABŞ 31 tankını Ukraynaya verəcək



Ukrayna bu aydan Amerikanın "Abrams" tankını ala biləcək.

“Xezerinfo.az” xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın bir qrup hərbçisi artıq sözügedən tanklardan istifadə qaydasına yiyələniblər.

Ümumilikdə 200-ə yaxın ukraynalı hərbçi ABŞ ordusunun Almaniyadakı poliqonlarında təlim proqramını keçib.

Qeyd olunub ki, "Abrams" tanklarının Ukrayna Silahlı Qüvvələrində istifadəsi Rusiyanın müdafiə xətlərini yarmaq üçün lazım olan üstünlüyü verəcək.

ABŞ sentyabr ayında 10, sonrakı aylarda isə 21 "Abrams" tankını Ukraynaya təhvil verəcəyini vəd edib.