Bu gün:
Xezer.info » Hadisə » Göygöldə polislə sürücülər arasanda insident - Bir DYP əməkdaşı yaralandı

Göygöldə polislə sürücülər arasanda insident - Bir DYP əməkdaşı yaralandı


Göygöldə polislə sürücülər arasanda insident - Bir DYP əməkdaşı yaralandı
Məlum olduğu kimi bir neçə gündür Dövlət Yol Polisi bölgələrdə reydlər keçirir ki, bu reydlər zamanı artıq ciddi qanun pozuntularının aşkarlandığı deyilir. Amma bu reydlərin sürücülər tərəfindən narazılıqla qarşılandığı da bir faktdır.

Elə DİA.AZ-a göndərilən videomaterialın müəllifi də yazır ki, Göygöl rayonundan istirahətdən qayıdanlar rayonun Olimpiya Kompleksinin qarşısında qurulan "DYP tələsi"ndən əməlli-naşlı cana doyublar.

Bunun da nəticəsidir ki, srağagün sürücülərlə polis arasında insident də yaşanıb. Belə ki, polis əməkdaşının sürücülərdən birinin avotomobilinə mimək istəməsinə etiraz edən sürücü maşınını sürətlə sürüb ki, nəticədə maşından yıılan sürücünün qolu sınıb.

Videonun müəllifi dia.az-a yazır ki, sürücülər bu reydlərdən artıq cana doyublar və baş verən hadisəni də sürücülərin etirazı kimi qəbul etmək olar.