Ərdoğan: Azərbaycanlı qardaşlarımızla birlikdə Qarabağın azadlığa qovuşmasını təmin etdik
31-avq-2023“Can Azərbaycanın işğal altında olan torpaqlarını azad etmə mübarizəsində tərəddüdsüz bütün imkanlarımızla qardaşlarımızın yardımına gəldik. Beləliklə, azərbaycanlı qardaşlarımızla birlikdə 30 ilə yaxın işğal və zülmdən sonra Qarabağın azadlığa qovuşmasını təmin etdik”.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetində çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyənin olduğu bölgədə bir çox münaqişələr davam edir. Prezidentin sözlərinə görə, Türkiyə regionda sülh üçün çalışır.