Bu gün:
Xezer.info » Dünya » “Səmada hökmranlıq etməsi üçün bizə təxminən 160 ən son döyüş təyyarəsi lazımdır”

“Səmada hökmranlıq etməsi üçün bizə təxminən 160 ən son döyüş təyyarəsi lazımdır”



Ukraynanın güclü hava qüvvələrinə malik olması və səmada hökmranlıq etməsi üçün təxminən 160 ən son döyüş təyyarəsinə ehtiyacı var.

Editor.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski RTP-yə müsahibəsində deyib. Onun sözlərinə görə, 2024-cü ilin əvvəlində istifadəyə verilməsi vəd edilən 50-60 döyüş təyyarəsinə daha 100 qırıcı əlavə edilməlidir.

“Ümumilikdə, Rusiyaya hava məkanında hökmranlıq etmək imkanı verməyəcək güclü Hərbi Hava Qüvvələrinə sahib olmaq üçün bizə təxminən 160 qırıcı lazımdır”, – deyə Zelenski izah edib. Ukrayna liderinin sözlərinə görə, qırıcıların təhvil verilməsi məsələsi kifayət qədər mürəkkəbdir, çünki bu, pilotların və mühəndislərin hazırlığını, eləcə də böyük həcmdə ixtisaslaşmış texniki xidmət tələb edir.